۱۳۹۰ اردیبهشت ۳, شنبه

GünAz TV: Qurumaqda olan Urmu Gölü soydaşlarımızı təşvişə salıb. Gözlənilən ətraf mühit faciəsini İran məsullarına və dünya ictimaiyyətinə çatdırmaq istəyənlər isə qəddarlıqla cəzalandırılır.


Artıq uzun illərdir azərbaycanlılar öz etirazlarını müxtəlif vasitələrlə nümayiş etdirib və həyəcan təbili çalırlar. Bu barədə müsahibələr verirlib, məqalələr yazılıb, xəbərlər çatdırılıb və ən önəmlisi son iki ildə iki dəfə Kütləvi Etiraz Yığıncağı həyata keçirilib.

2010 və 2011-ci il aprel aylarının 2-də (13 fərvərdin) keçirilən Etiraz Yığıncaqlarında tutuqlanan soydaşlarımızın sayı yüzlərlə ölçülür. Onlardan bir neçəsi həbsxanalarda saxlanılır vəya öz barəsində məhkəmə hökmünü gözləyir.

Bu zəmində soydaşlarımız tərəfindən İmzatoplama Kampaniyası başladılıb. Bu Kampaniyaya qoşulmaq istəyənlər aşağıdakı “petition”-ə imza atsınlar:

هیچ نظری موجود نیست:

ارسال یک نظر